Britaniyanın Almaniyaya atdığı bombaya görə 26 min sakin təxliyyə edildi – ŞOK

Almaniyanın Paderborn şəhərində İkinci Dünya Müharibəsi zamanı atılmış bomba ilə əlaqədar 26 min insan təxliyyə edilib.
Minval.info saytı oxu.az-a istinadla xəbər verir ki, Böyük Britaniya istehsalı olan 1,8 ton bomba 3 gün əvvəl şəhərdəki evlərdən birinin bağında aşkarlanıb.
Bomba 80 sm dərinlikdə yerləşdiyi üçün zərərsizləşdirilmək üçün partladılan zaman böyük dağıntıya yol açacağı gözlənilir. Hüquq-mühafizə orqanları bombadan 1,5 km radiusda sakinləri evakuasiya edib. Yaxınlıqda yerləşən iki xəstəxana, bir universitet, bir neçə ev boşaldılıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

