“Bu amansız dünyaya uşaq gətirməyin” – Nura Suri
“Bu amansız dünyaya uşaq gətirməyin. Eqoist olmayın”.
Minval.info xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial media hesabında yazıb.
“Dünyaya gətirdiyiniz insanın həyatda üzləşdiyi bütün hadisələrin məsuliyyəti sizin üzərinizə düşür. Bu, oyuncaqla oynamaq deyil. Onu qorumalısınız, qayğısını çəkməlisiniz, sevməlisiniz, dəstək olmalısınız və sairə” deyə, Nura bildirib.
Qeyd edək ki, sənətçinin 3 oğlu var.
XƏBƏR LENTİ
2025/11/19 14:22

