Bu da Sunanın qazandığı ‘Maşın’: Qiyməti 50 mindir – FOTOLAR

“MGP”nin ərsəyə gətirdiyi “Maşın” realiti-şounun “Maskarad” adlı sürətinin qalibi aparıcı Suna Kasımoğluna avtomobil təqdim edilib.

Minval.info xəbər verir ki, xalq artisti Murad Dadaşov  şounun iştirakçılarını bir araya toplayaraq təntənəli təqdimat mərasimi keçirib.

Şounun aparıcısı Murad Dadaşov şounun son buraxılışını belə dəyərləndirib:

“Suna Kasımoğlu finala qaldı. Bu gözəl avtomobili Suna xanıma təqdim edirik. “Maşın” realiti şou artıq bitdi. Biz layihənin ən pik nöqtəsində tamaşaçılarla ayrılırıq, amma yeni layihələrə başlayırıq”.

50 min manatlıq dəyərində “Opel İNSİGNİA” avtomobilinə sahib olan Suna Kasımoğlu isə bildirib ki, qalib olduğu üçün  çox xoşbəxtdir:
“İlk gündən qalib olacağıma inanırdım. Çünki həm psixoloji, həm də fiziki baxımdan çox güclüyəm. Murad Dadaşova dəyərli layihəyə dəvət üçün təşəkkür edirəm. İnsanlar məni “Suna ilə sına” verilişindən tanıyırdı. “Maşın” şouda isə  başqa tərəfdən tanıdı, sevdi. Bunun üçün çox xoşbəxtəm”.

Qeyd edək ki, “Maşın” şouda xalq artistləri Fatma Mahmudova, Bilal Əliyev, meyxanaçı Aqşın Fateh, müğənnilər Ayan Babakişiyeva, Kərim Abbasov, Ramal İsrafilov, Türkan Vəlizadə, Nazim Pişiyarı, repçi Qurd, Niyam Salami, Aysun İsmayılova, Fuad Musayev aparıcılar Kəmalə Piriyeva, Suna Kasımoğlu, Lalə Mustafayeva, Zümrüd Qasımova və aktyor Məcid Hüseynov iştirak ediblər.

 

 

Maqazin, Vacib

Nəşr edilib: 2019/10/31 14:17

Baxış: 1150


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06