Bu görüntülər izləmə rekordu qırdı – Video
Dünən futbol üzrə Avroliqanın J qrupunda baş tutan qarşılaşmanın son dəqiqələrində qapıçı seyvi ilə yadda qalıb.
Minval.info xəbər verir ki, İspaniya təmsilçisi “Sevilya”nın doğma meydanda qəbul edən Belçika klubu “Standard Liege”nin qapısı qarşısında həyəcanlı saniyələr yaşanıb.
Belə ki, ev sahibinin müdafiəçisi ilə qapıçısı arasında anlaşılmazlıq az qala qolla sonlanacaqdı. Amma Belçika klubunun qolkiperinin cəldliyi və sayıqlığı nəticəsində top qapı xətdindən keçməyib. Ardınca davam edən hücumda “Standard Liege”nin şansı gətirib. Top qapı trindən geri qayıdıb.
Qarşılaşmanın artırma dəqiqələrində yaşanan anlar 24 saat tamam olmamış sosial mediada 2 milyona yaxın istifadəçi tərəfindən izlənilib.
Qeyd edək ki, görüş 1:0 hesabı ilə yekublaşıb.
UEFA Avrupa Ligi'nde Akhisarspor'un bulunduğu J Grubu'ndaki Standard Liege-Sevilla karşılaşmasının son dakikalarında ilginç bir pozisyon yaşandı. 👇 pic.twitter.com/lB3PgzM8yp
— Wonderkit (@Wonderkitt) November 30, 2018

