Bu gün Çempionlar Liqasında iki oyun keçiriləcək
Bu gün futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları keçiriləcək.
Minval.info-nun məlumatına görə, Türkiyənin “Beşiktaş”ı səfərdə Almaniyanın “Bavariya” klubu ilə qarşılaşacaq.
Digər qarşılaşma İngiltərədə “Çelsi” ilə İspaniyanın “Barselona”sı arasında baş tutacaq. “Çelsi”nin heyətində Tiemue Bakayoko və David Luis zədəlidir. Hər iki futbolçunun bu matçada iştirakı sual altındadır. Kataloniya təmsilçisi isə Nelson Semedonun xidmətindən yararlana bilməyəcək.
Bu komandalar indiyədək 12 dəfə üz-üzə gəliblər. London klubu 4 dəfə qələbəyə sevinibsə, kataloniyalılar 3 dəfə meydanı qalib tərk edib. 5 görüş isə heç-heçə başa çatıb. “Çelsi”yə qarşı 8 oyunda iştirak edən Lionel Messi bu komandaya qol vura bilməyib.
23:45. “Bavariya” (Almaniya) – “Beşiktaş” (Türkiyə)
Baş hakim: Ovidiu Hatseqan (Rumıniya)
23:45. “Çelsi” (İngiltərə) – “Barselona” (İspaniya)
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Minval.info

