Bu gün “Fənərbağça” – “Qalatasaray” derbisi olacaq

Futbol üzrə Türkiyə Super Liqasında “Fənərbağça” və “Qalatasaray” komandaları arasında mövsümün son derbisi XXVIII tura təsadüf edəcək.

Bu gün əzəli rəqiblər 389-cu dəfə üz-üzə gələcəklər.

110 illik rəqabət 17 yanvar 1909-cu ildə “aslanlar”ın 2:0 hesablı qələbə qazandığı qarşılaşma ilə başlayıb. İndiyədək keçirilmiş 388 görüşün 146-da “Fənər”, 123-də “Cim-Bom” qalib gəlib, 119 matçda heç-heçə qeydə alınıb. Topların nisbəti belədir – 534:484.

Çempionatda isə bu iki komanda 123 dəfə qarşılaşıb. “Fənər” qələbə sayında üstündür – 50:33. 40 matç heç-heçə ilə yekunlaşıb. Topların nisbəti 156:118-dir.

İki komanda arasındakı son 10 matçın yarısında qalib müəyyənləşməyib, qalan 5 görüşün 3-də “Fənər”, 2-də “Cim-Bom” qələbə qazanıb. “Sarı-lacivərdlilər” öz meydanında 20 ildir “sarı-qırmızılar”a uduzmur.

Amma hazırkı vəziyyət tam fərqlidir. 27 oyundan 55 xala malik “Qalatasaray” 2-ci pillədə qərarlaşıb. Ötən gün lider “Başakşehir”in “Beşiktaş”a 1:2 hesablı məğlubiyyətindən sonra “sarı-qırmızılar”ın ilk pillə ilə xal fərqini 3-ə endirmək şansı yaranıb. “Fənərbağça” isə 27 oyundan 32 xalla 13-cüdür və Super Liqada qalmaq uğrunda mübarizə aparır.

Türkiyə Super Liqası, XXVII tur

20:00. “Fənərbağça” – “Qalatasaray”

“Ülker” (“Şükrü Saracoğlu”) stadionu

Baş hakim: Ali Palabıyık.

İdman

Nəşr edilib: 2019/04/14 14:55

Baxış: 158


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06