Bu gün Əli Həsənovun özəl günüdür

Bu gün Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun 59 yaşı tamam olur.

Minval.info xəbər verir ki, Əli Məhəmmədəli oğlu Həsənov 1960-cı ilin martın 10-da Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. O, Ümummilli lider Heydər Əliyevin SSRİ dönəmində respublikaya rəhbərliyi zamanı Moskvaya ali təhsil almağa göndərdiyi əlaçı tələbə kontingentinin tərkibində olub.

SSRİ-nin nüfuzlu ali məktəbi sayılan Moskva Dövlət Unversitetinin Tarix fakültəsini bitirən Ə.Həsənov tarix elmləri doktorudur. 1990-cı ilin qanlı yanvar hadisələri və ondan sonrakı informasiya blokadası dövründə Moskvada geniş fəaliyyət göstərən azərbaycanlı ziyalıların ən fəal nümayəndələrindən biri olan Əli Həsənov Bakıda törədilmiş qanlı cinayətə qarşı 1990-cı il yanvarın 21-22-də vüsət alan Ümummoskva hərəkatının ön sıralarında olub.

1993-cü ildən siyasi proseslərə qatılan Ə.Həsənov Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyasının fəal təşkilatçılarından olub.

O, 1994-95-ci illərdə Yeni Azərbaycan Partiyasının ideologiya şöbəsinin müdiri təyin edilir. Bir il bu vəzifədə çalışdıqdan sonra Ə.Həsənov dövlət idarəçiliynə cəlb olunur. 1995-ci ilin sentyabrında Prezidentin İcra Aparatının İctimai-siyasi şöbəsinə müdir müavini təyin olunur. O, 1996-cı ildən bu şöbəyə rəhbərlik edir.

2005-ci ildən şöbə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi adlanır.

Azərbaycan Prezidenti İlham Əliyevin 23 fevral 2015-ci il tarixli sərəncamı ilə Əli Həsənov Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi təyin edilib.

Əli Həsənov 1-ci dərəcəli dövlət müşaviridir. Azərbaycan Respublikası Prezidentinin 9 mart 2010-cu il tarixli sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Siyasət

Nəşr edilib: 2019/03/10 17:11

Baxış: 582


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06