Bu gün “Qarabağ” Avropa Konfrans Liqasında pley-offa vəsiqəni təmin edə bilər
Bu gün “Qarabağ” futbol klubu UEFA Avropa Konfrans Liqasının qrup mərhələsinin dördüncü turunda Qazaxıstanın “Kayrat” klubu ilə görüşəcək.
Minval.info-nun məlumatına görə, görüş Almatı şəhərində Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.
Ağdam təmsilçisi qalib gələcəyi təqdirdə iki tur əvvəldən pley-off mərhələsinə vəsiqəni təmin edə bilər.
Qeyd edək ki, iki klub arasında Bakıda keçirilmiş ilk görüş 2-1 hesabı ilə “Qarabağ”ın xeyrinə başa çatmışdı.
Hazırda “Qarabağ” 7 xal toplayaraq “Bazel”lə birgə H qrupuna liderlik edir. “Kayrat” və “Omoniya” (Kipr) 1 xal toplayıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

