Bu gündən Bakı-Sumqayıt yolu bağlanır
Bakı-Sumqayıt yolundan istifadə edən sürücülər alternativ yollardan istifadə etməlidir. Bu gündən Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından üzü Xırdalan dairəsi istiqamətinə qədər olan yolda hərəkət məhdudlaşdırlıacaq. Yola yeni asfalt-beton örtük vurulacaq. İşlərin qısa vaxt ərzində tamamlanması nəzərdə tutulub.
Minval.info xəbər verir ki, Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin sözlərinə görə, həmin istiqamətdə asfalt-beton örtüyünün intensiv hərəkət nəticəsində və təbii təsirlərdən aşınmaya məruz qalan üst qatında yenilənmə işləri aparılacaq.Yola yeni asflat-beton örtük vurulacaq.
Təmir işlərinin birinci mərhələsi avtomobil tunelinin çıxışından, yəni Bakı Beynəlxalq Avtovağzalı kompleksinin qarşısından dəmir yolu körpüsünədək olan hissəsini əhatə edəcək.
Sürücülərə isə Bakı Dairəvi-1 – Lökbatan-Hocahəsən , Binəqədi şosesi – Binəqədi-Biləcəri , Binəqədi-Novxanı-Masazır, Binəqədi-Novxanı-Corat alternativ avtomobil yollarından istifadə etməkləri tövsiyə olunur.
Anar Nəcəfli “Xəzər xəbər”ə onu da bildirib ki,sonrakı mərhələdə Xırdalan dairəsindən üzü ”Vaz dairəsi” adlanan hissəyə qədər yola yeni-asfalt beton örtükün vurulması nəzərdə tutulub.

