Bu həftəsonu şəxsi avtomobillərdən istifadəyə icazə veriləcək
14-16 iyun tarixlərində küçəyə çıxma qadağasının tətbiqi zamanı hərəkətinə icazə verilən şəxslərin şəxsi avtomobillərindən istifadəsinə icazə veriləcək.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov deyib.
Yaxın qohumlarının dəfnində iştirak etməsinə icazə verilən şəxslər də şəxsi avtomobillərindən istifadə edə biləcəklər.
Qeyd edək ki, 6-8 iyun tarixlərində tətbiq edilən karantin zamanı şəxsi avtomobillərin istifadəsinə icazə verilməmişdi.
XƏBƏR LENTİ
2025/11/19 14:22

