Bu il 4 milyard manata yaxın pensiya və müavinət ödənilib

Bu ilin 8 ayında pensiya, müavinət, təqaüd, ünvanlı yardım üzrə 4 mlrd. manata yaxın vəsait ödənilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Minval.info-ya bildirilib ki, pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə ödənişlərdə artım dinamikası davam edir:
“2021-ci ilin yanvar-avqust aylarında da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən qeyd olunan istiqamətlər üzrə əhaliyə ötən ilin eyni dövrünə nisbətən 4,1% və ya 158 mln. manat çox olmaqla 3 983 mln. manat ödənilib”.
Qeyd edilib ki, 2,4 milyon nəfərədək şəxs bu sosial ödənişlərlə əhatə olunub.
XƏBƏR LENTİ
2025/11/19 14:22

