Bu il Azərbaycanda yol qəzalarında 190 nəfər ölüb

Azərbaycanda ötən 8 ay ərzində baş verən yol-nəqliyyat hadisələrinin sayı açıqlanıb.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) “Minval.info”a bildirilib ki, cari ilin 8 ayı ərzində respublika ərazisində baş verən yol-nəqliyyat hadisələrinin 41%-ni piyadaların vurulması təşkil edib.
Nəticədə 190 nəfər həlak olub, 267 nəfər isə xəsarət alıb. Bakı şəhəri üzrə qeydə alınan qəzaların isə daha çoxunu, yəni 56,4%-ni piyada vurma hadisələri təşkil edib ki, bu da 80 nəfərin həyatına son qoyub, 107 nəfərin yaralanmasına səbəb olub.
XƏBƏR LENTİ
2025/11/19 14:22

