Bu il Bakı Slavyan Universitetinə II və III qruplar üzrə tələbə qəbulu üçün 1140 yer ayrılıb

2021/2022-ci tədris ili üzrə ikinci qrupda Bakı Slavyan Universitetinə (BSU) tələbə qəbulu üçün 190 yer ayrılıb.
Bu barədə Minval.info-ya Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, bu, ötən illə müqayisədə 35 yer çoxdur. 2020-ci ildə ikinci qrupda BSU-ya plan yeri 155 olub.
Qeyd edək ki, bu il üçüncü qrupda BSU-ya 950 yer ayrılıb. Ümumilikdə universitetə II və III qruplar üzrə tələbə qəbulu üçün 1140 yer ayrılıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

