Bu il yeni dərsliklər istifadəyə veriləcək

Təhsil İnstitutu tərəfindən artıq bir neçə ildir ki, ibtidai siniflər üçün Azərbaycan dili, riyaziyyat fənni üzrə yeni dərsliklər hazırlanır.
Minval.info-nun məlumatına görə, bunu Təhsil İnstitutunun direktoru Rüfət Əzizov deyib.
O qeyd edib ki, I və II sinif dərslikləri artıq pilot layihələrdən keçib və bu il kütləvi istifadəyə veriləcək:
“III və IV sinif dərsliklər isə bu il pilot layihədə istifadə olunacaq və 2 il sonra kütləvi istifadəyə veriləcək. Bu il ilk dəfə olaraq V siniflərdə Təbiət dərsliyi 132 məktəbdə bir il müddətində pilot şəkildə tədris olunacaq”.
XƏBƏR LENTİ
2025/11/19 14:22

