Bu müəllimlərin maaşı artırılacaq
“Azərbaycanda müəllimlərin əmək haqqı sistemi yenilənəcək”.
“Minval.info” “Oxu.Az”a istinadən xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və digər məsələlərlə bağlı keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, sertifikasiya imtahanından keçən müəllimlərin maaşı artırılacaq:
“137 000 təhsilverənin sertifikasiyası və 68 000 nəfərin differensial əmək haqqı sisteminə cəlb olunması nəzərdə tutulur”.
XƏBƏR LENTİ
2025/11/19 14:22

