Bu ölkələrdə başqa dildə danışmaq qadağandır

Sərt qaydaları daima gündəmə gələn Qazaxıstan prezidenti Nursultan Nazarbayev yenə fərqli bir qanunu təsdiqləyib. 27 fevral tarixli qərara əsasən, Nazarbayov Nazirlər Kabinetinin iclaslarında rus dilində danışmağı qadağan edib.

Minval.İnfo xəbər verir ki, əslində Qazaxıstan başqa dildən istifadəni qadağan edən ilk ölkə deyil.

2009-cu ildə Slovakiya parlamenti slovak dilindən başqa dilin istifadə edilməsini qadağan edib. Rəsmi qurumlarda və ictimai yerlərdə başqa dildə danışmaq üçün 5 min avroya qədər cərimə tətbiq edilir.

1983-91-ci illərdə Türkiyədə Azərbaycan, gürcü, qazax, eston, xorvat və bir çox başqa dillər qadağan edilmişdi. Qanuna əsasən, “Türkiyə tərəfindən de-fakto tanınmış dövlətlərin vətəndaşlarının rəsmi qəbul edilmiş ana dilindən başqa dildə öz fikirlərini açıqlaması, yayılması qadağandır”.

SSRİ-ə daxil olan dövlətlərin hamısında rus dili birinci dil olduğundan, Azərbaycan dili də daxil olmaqla xalqın dilləri Türkiyədə sərhədləri daxilində icazə verilmirdi.

1936-39-cu İspaniya vətəndaş müharibəsindən qalib çıxan Franisko Franko ispan dilindən başqa heç bir dilin istifadəsinə icazə vermirdi. Katalon dilində danışanlar həbs edilir, hətta etnik qrupların dilində yazılmış kitablar yandırılırdı. Frankonun ölümündən sonra bu qanun ləğv edildi.

Bəzən isə dövlət tərəfindən heç bir qadağa olmasa da, müəyyən qurumlar özləri əcnəbi dillərin istifadəsini qadağan edirlər. 2015-ci ildə “Viyana Biznes məktəbi” şagirdlərə alman dilindən başqa bir dildə danışmağı qadağan edib. Tədrisdən əlavə şəxsi söhbətlərin belə ancaq alman dilində olmalı idi. Ancaq məsələnin cəmiyyətdə etirazla qarşılanmasından sonra qərar ləğv edilib.

Elə eyni ildə Türkiyənin Tekmen kəndində bələdiyyə sədri kənddə türk dilindən başqa dildə danışmağı qadağan edib. Qanuna tabe olmayanlar üçün həbs cəzası da nəzərdə tutulub.

Dəniz

Mnval.İnfo

Maraqlı

Nəşr edilib: 2018/03/06 14:49

Baxış: 693


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06