Bu ölkələrdə pedofilləri axtalayırlar – SİYAHI
Son günlər Türkiyədə uşaqlara qarşı cinsi istismar faktlarının çoxalması müxtəlif cəza növlərini gündəmə gətirib.
Türkiyənin Ədliyyə Naziri Abdülhamit Gül kimyəvi axtalanmanın müzakirə olunacağını bildirib:
“Təzavüzçülərin cəza müddətində cinsi istəyi azaltmaq və tamamilə yox etmək məsələsi ilə bağlı qanun layihəsini bir neçə gün içərisində tətbiq etməyə iradəmiz də var”.
Ötən il Qazaxıstan prezidenti Nursultan Nazarbayev pedofillərin kimyəvi axtalanması ilə bağlı qanun imzalamışdı.
Azərbaycanda isə deputat, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev də belə bir sensasiyalı təklif irəli sürmüşdü.
Tarixdəki ilk axtalanma 1952-ci ildə İngiltərədə məşhur riyaziyyatçı Alan Turinqə homoseksuallıq səbəbi ilə edilib. Kompüter elmlərini banilərindən sayılan Turinqə o dövrdə cinayət sayılan homoseksuallığa görə tətbiq edilən kimyəvi xədim sonda onun intiharına səbəb olub. 2009-cu ildə İngiltərə Baş Naziri Qordon Broun Nazi Almaniyasının kompüter şifrələrini çözərək İkinci Dünya Müharibəsinin bitməsini tezləşdirən riyaziyyatçıya qarşı bu cür hərəkətə görə üzr istəmişdi.
Minval.info məlumat verir ki, türkiyəli nazirin açıqlamasında sonra yenidən gündəmə gələn uşaq təcavüzçülərinin kimyəvi xədim edilməsi cəzası başqa ölkələrdə də tətbiq edilir.
- Amerika Birləşmiş Ştatlarının 7 ştatında cinsi zorakılıqda təqsirləndirilən şəxslər üçün kimyəvi xədim mövcuddur. 1996-ci ildə qəbul edilən qanuna əsasən, Kaliforniya cəza müddətini bitirib həbsxanadan azad edilən bəzi təcavüzçülərə qarşı kimyəvi və ya fiziki xədim tətbiq edilir. 13 yaşdan aşağı uşaqlara qarşı cinsi zorakılığı 2-ci dəfə edən şəxslərə qarşı qanun daha sərtdir. Onlar dərhal axtalanır.
- Polşa 2010-cu ildə qəbul etdiyi qanunla, təcavüzçülərin bəziləri üçün kimyəvi xədim tətbiq edən ilk Avropa ölkəsi oldu. Qanuna əsasən, pedofillər və öz ailə üzvünü zorlayanlar 3 ildən 15 ilədək həbs edilir və azad edilməzdən öncə kimyəvi yolla axtalanırlar. Qanun 45 yaşında adamın öz qızını 6 il müddətində seks köləsi saxlamasında sonra qəbul edilmişdi.
- 2012-ci ildən etibarən Rusiyada 14 yaşa qədər uşaqlara qarşı cinsi istismar həyata keçirən insanlara məcburi kimyəvi xədim edilir. Könüllü olaraq axtalanmanı tələb edənlər də var. Təcavüzçülər cəzalarının yarısı çəkdikdən sonra bağışlanmalı üçün könüllü olaraq xədim edilmək istəyə bilərlər. Ancaq bu imtiyaz 14 yaşından balaca uşaqları cinsi istismara məruz qoyanlara verilmir. Qanun 2010-cu ildə uşaqların taciz edilməsi faktları artdıqdan sonra qəbul edilmişdi.
- 2011-ci ildə 16 yaşına qədər uşaqları cinsi istismar edənlərin kimyəvi üsulla xədim edilməsi qanunu ilə, Cənubi Koreya bu yolu seçən ilk Asiya ölkəsi olub. Ölkədə ilk xədim 1980-ci ildən etibarən 4 qızı zorlayan “Park” ləqəbli cinayətkara qarşı tətbiq edilib.
Dəniz
Minval.İnfo

