Bu pəhriz sağlamlıq üçün ən yaxşı vasitədir – Rəsmən təsdiqlənib

Bu pəhriz sağlamlıq üçün ən yaxşı vasitədir - Rəsmən təsdiqlənib

Dünyanın ən yaxşı və insan orqanzimi üçün ən faydalı pəhriz reytinqi sırasında DASH  səmərəliliyinə görə 5 ballıq şkala üzrə 4,8 bal toplayıb. “National Institutes of Healt”in mütəxəssilərinin qiymətləndirməsinə görə, DASH (Dietary Approaches to Stop Hypertension)  insan sağlamlığı üçün ən yaxşı pəhriz hesab olunur.

Minval.İnfo SaglamOlun.com-a istinadən DASH diyetinin mahiyyəti barəsində məlumatı diqqətinizə çatdırır.

DASH əslində hipertoniya xəstələri üçün nəzərdə tutulmuşdu. Lakin sonralar bu qidalanma sisteminin xolesterin səviyyəsini azaltması, insult, ürək çatışmazlığı, diabet kimi xəstəliklərin qarşısının alınmasına kömək etdiyi, arıqlama prosesini sürətləndirdiyi məlum oldu.

DASH pəhrizi balanslaşdırılmış qida sistemindən ibarətdir. Kalsium, kalium, zülal bitki lifləri ilə zəngin bu diyet beynin fəaliyyətini aktivləşdirir, daxili orqanları sağlamlaşdırı. Dərinin və saçın təravətini artırır.

Bu pəhrizdə uşaq vaxtı hamımıza məsləhət görülən meyvə -tərəvəz, taxıllı, paxlalı, süd və zülallı qidalara üstünlük verilir. DASH diyetinin başqalarından fərqi odur ki, bu diyet ömrü boyu qidalanmasına nəzarət etməli olan insanlar üçün nəzərdə tutulub. Yəni demək olar ki, bütün lazımi qidaları almaq olar və pəhriz ərəfəsində ac qalmırsan. Əsas məsələ ümumi prinsiplərə riayət etməkdir.

Bu pəhrizdə yeməyin həcminə deyil, keyfiyyətinə diqqət yetirilir.

Əsas qaydalar

  • Gün içində 2 litr su içilməlidir.
  • Gündə 5 dəfə qidalanmaq lazımdır.
  • Bir pors yeməyin çəkisi 215 qram olmalıdır.
  • Gündəlik rasionda 2-2,5 min kalori qəbul etmək olar.
  • Şirniyyatı həftədə 5 dəfədən çox qəbul etmək olmaz.
  • Dənli bitkilər, kəpəkli, lobyakimilər, yağsız ət və tərəvəz üstünlük təşkil etməlidir.
  • Qazlı içkilər qadağandır.
  • Əsas qidadan əlavə ümumilikdə gün içərisində yemək sayını 8 dəfədən çox etmək olmaz. Buna ancaq aclıq hiss edildiyi halda yol verilir.
  • Alkoqol və tütünə tabu qoyulur.
  • Duz istifadəsini azaltmaq lazımdır.

Rasiona mütlıq şəkildə tam dənli kəpəkli çörək daxil edilməlidir. Yağlı yeməklər, hisə verilmiş qidalar – balıq və mal əti , kolbasalar rasiondan çıxarılmalıdır.

Əgər niyyətiniz arıqlamaqdırsa, lazım olan kalorini qədərindən az olmasına çalışmaq laızmdır. Yəni hər yeməyin pors ölüsünü azaldırsınız.

Qida rasionunuzu necə tərtib etməlisiniz? Ən sadə yolla. Zərərli qidalardan – yəni konservlrdən, hisə verilmiş qurudulmiş ət yeməklərindən, alkoqol və tütündən, şirniyyatdan uzaq durmaqla işə başlayın.Özünüzü su içməyə öyrədin. Bu metobolizmin sürətlənməsinə və dərinin gözəlləşməsinə kömək edir.

Bu pəhriz orqanizmə stress yaşatmadan sağlam yaşamağı öyrədəcək və siz həyat keyfiyyətinizin artmasına şahid olacaqsınız. Nəyi gözləyirsiniz?..

Maraqlı

Nəşr edilib: 2018/03/14 20:45

Baxış: 394


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06