Bu qadının 45 sm beli var
3 uşaq anası Diana Rinqo gün ərzində 23 saat korsetdən istifadə edir.
Minval.info amerikalı Diana Rinqonun həyatından maraqlı məqamları təqdim edir.
Diana yoxsul olub. Köhnə düşüncəli məhəllə sakinləri arasında yaşayırmış. Dəniz donanmasına qoşulduqdan sonra qonşuları ilə əlaqələrini kəsir. Bundan sonra oğlunun təminatı üçün əlindən gələni etməyə başlayır.

Daha sonra hazırda birlikdə olduğu yoldaşı ilə qarşılaşır və ondan əkiz uşaqları dünyaya gəlir. Doğumdan sonra qadının çəksi 36 kq olur. Diana bu hadisədən çox məyus olur və fikriləşir ki, qadın kimi cazibədarlığını itirib.

Bundan sonra o, pəhrizə və idmana başlayır. O, həmçinin bel incəldən korsetdən istifadə etməyə qərar verir.
Korset əyri idi və onun bel ölçüsünü çox azaldırdı. Hətta korseti çox sıxdığı üçün qadınlıq orqanları öz funksiyalarını itirmiş və sinri ağrıları yaranmışdı.

İlk başlarda yoldaşı Diana üçün çox narahatlıq duyurdu. Lakin sonradan həkim tərəfindən heç bir narahatlığın olmadığı bildirilir. Həmçinin Diananın korsetdə necə xoşbəxt olduğunu anladıqdan sonra əri də ona dəstək verməyə başlayır.
Diana indi də bu korstedən istifadə edir. Korset onun dərindən nəfəs almağına imkan verməs də, o korsetləri ilə xoşbəxtdir. O düşünür ki, korset onu cazibədar göstərir. Həm də daha özgüvənli edir. Diana intim əlaqədə olanda da korsetini çıxarmır. Yalnız idmana və duşa girərkən korsetdən imtina edir. Ümumilikdə isə onun 45 korseti var.
İctimai yerlərdə hamı ona qəribə nəzərlərlə baxsa da, bu, Diananı heç də narahat etmir.
“Mən həmişə öz bildiyimi edəcəyəm. Çünki mən yetkin qadınam. Əsas odur ki, mən belə özümü xoşbəxt hiss edirəm”.
Minval.info

