Bu qaydalara əməl etməyən sürücülər cərimə ediləcək
Bakıda dayanacaqda qanunsuz park edən, müştəri gözləyən taksilər üçün qadağa tətbiq ediləcək.
Bu barədə minval.info-ya məlumat verən Bakı Nəqliyyat Agentliyinin (BNA) ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib ki, yaxın günlərdə bütün dayanacaqlarda xüsusi kameralar olacaq.
O dayanacaqdan keçən marşrut xətt avtobuslarından başqa saxlanılan istənilən nəqliyyat vasitəsinin şəkili çəkilib protokollaşdırılacaq. BNA rəsmisi əlavə edib ki, hazırda Bakı şəhərində parklanma siyasətinə yenidən baxılır: “Dayanaqlı proqram tənimatına söykənən avtomatlaşdırılmış sistemin qurulması nəzərdə tutulub. Bu istiqamətdə həm sərnişindaşımaya, həm də paytaxt nəqliyyatına təsir edəcək siyasəti təkmilləşdirmək niyyətindəyik”.
XƏBƏR LENTİ
2025/11/19 14:22

