Bu qız heyvanlarla böyüyüb – Müasir Tarzan – FOTOLAR
Meşədə heyvanların arasında böyüyüb, indi isə…
Fransız vəhşi təbiət fotoqrafları Alain Degre və Sylvie Robertin 1990-cı ildə Tippi Degre adını verdikləri qızları Namibiyada dünyaya gəlib. O, 10 yaşına qədər ailəsi ilə birlikdə Cənubi Afrikanın ucsuz-bucaqsız təbii yaşayış yerlərində, vəhşi heyvan və yerli qəbilələrlə birlikdə yaşayıb.
Abu adındakı fil qardaşı, “J&B” adındakı xallı bəbiri də ən yaxşı dostu hesab edirdi. Günlük dostlarına isə meymun, dəvəquşu və ilanları misal göstərmək olar. Şahidlərin dediklərinə görə, onlardan heç vaxt qorxmayıb, çünki bu, ona öyrədilməyib.
Bundan əlavə həmin heyvanlar da qorxulu olmayıblar. Yerli qəbilə sakinləri Tippi ilə vaxt keçirtməyi sevirdilər. Bu balaca, sarışın, ağ dərili qız uşağına ovlanmağı, səhrada su tapmağı, qəbilənin həyat tərzini öyrədiblər.
Tippi 10 yaşına çatanda ailəsi onu təhsili üçün Fransaya aparmağı qərara alıb. Orada ibtidai sinfə başlayan “meşənin övladı” şəhərə və içinə düşdüyü sosial mühitə uyğunlaşa bilməyib. Çünki onun digər fransız uşaqları ilə heç bir ortaq tərəfi yox idi.
Tippi üçün nə qədər çətin olduğunu görən ailəsi onu ibtidai sinifdən çıxardıb və təhsilini bitirməsi üçün evdə müəllim tutublar.
Bu gün 27 yaşında olan və Parisdə yaşayan Tippi kino sahəsində təhsilini tamamlayıb.
Afrikalı olduğunu deyən Tippi Namibiya pasportu alıb ana təbiəti qorumaq üçün işləmək istəyir.
Minval.İnfo












