Bu qurumlarda tikinti şöbələri ləğv edilsin!

Deputat Razi Nurullayev parlamentin iclasında yarımçıq tikililərdən danışıb.

“Minval.info”nun xəbərinə görə, o bildirib ki, paytaxt gözəlləşir, infrastruktur yaradılır və insanların rahatlığı üçün xeyli addımlar atılır. Ancaq bu işlərin fonunda yarımçıq tikililər narahatlıq yaradır:

“Yarımçıq tikililər bütün şəhər ərazisində var. Onlar böyük əraziləri tutub və istifadəsiz qalıb. Belə olan yarımçıq tikililərin tutduğu yüzlərlə hektar ərazilərlə bağlı niyə qərar verilmir? Yüz hektarlarla hasarlanmış ərazilərlə bağlı niyə addımlar atılmır? Bunlar kiminsə əmlakı ola bilər, amma bu o demək deyil ki, “ərazimdir, özüm bilərəm” olsun. Özümüzü müqayisə etdiyimiz Avropa ölkələrində həyətyanı sahələrdə əkilən qazonun biçilməsi və hündürlüyü ilə də bağlı standart var. Yarımçıq tikililər həm də ona görə var ki, hansısa vəzifəli şəxslər, yaxud onlara bağlı biznesmenlər zamanında tikməyə başlayıb, vəzifədən alınıb, yaxud həbs edilib və biznes imperiyası alt-üst olub. Amma yenə də bu yarımçıq tikililəri illərlə saxlamaq düzgün deyil. Ya onlardan qanuni yollarla alınıb istifadəyə verilsin, ya da özlərinə vaxt qoyulsun ki, tikintini başa çatdırsınlar. Yox, qanunsuzdursa, baş plana uyğun deyilsə, o zaman sökülməsi və ya başqa məqsədlər üçün istifadəsi ilə bağlı qərarlar verilsin”.

Razi Nurullayev digər bir məsələyə də diqqət çəkib:

“Müxtəlif nazirliklərin, komitələrin, belə demək olar ki, əksər dövlət qurumlarının tərkibində tikinti şöbələri var. Bilmirəm, bu, sovetlərdən qalma ənənədir, yoxsa sonradan yaradılıb. Nazirliklərin, dövlət qurumlarının öz işləri var, birbaşa səlahiyyətləri ilə məşğul olsunlar, tikinti ilə yox. Ona görə də təklif edirəm ki, aidiyyəti olmayan dövlət qurumlarında tikinti şöbələri ləğv edilsin. Ayrıca bir dövlət agentliyi, yoxsa komitəsi olsun və onlar tikinti ilə məşğul olsunlar. Bu, çox səmərəli bir yanaşma olar və aidiyyəti dövlət qurumları da tikinti yarışına girişib, əsas vəzifələrini yaddan çıxarmazlar”.

Ölkə, Vacib

Nəşr edilib: 2024/04/19 12:25

Baxış:7


XƏBƏR LENTİ

2024/05/18 12:16

2024/05/17 13:58

2024/05/14 16:02

2024/04/19 12:25

2024/05/07 16:08

2024/05/07 16:05

2024/05/04 14:37

2024/05/04 14:34

2024/05/03 17:15

2024/05/03 11:02

2024/05/02 17:16

2024/05/01 17:48

2024/04/29 12:39

2024/04/29 12:37

2024/04/26 14:39

2024/04/24 11:54

2024/04/19 14:24

2024/04/19 14:22

2024/04/19 14:13

2024/04/19 12:45

2024/04/19 12:42

2024/04/19 12:40

2024/04/19 12:39

2024/04/19 12:25

2024/04/19 12:18

2024/04/19 12:13

2024/04/19 12:10

2024/04/19 12:09

2024/04/19 12:08

2024/04/13 12:09

2024/04/10 14:45

2024/04/10 14:39

2024/04/09 17:34

2024/04/06 13:30

2024/04/06 13:28

2024/04/05 14:27

2024/04/05 13:50

2024/04/02 10:59

2024/04/02 10:50

2024/04/01 11:23

2024/03/30 10:52

2024/03/29 13:46

2024/03/27 10:03

2024/03/26 18:05

2024/03/26 17:41

2024/03/26 13:27

2024/03/26 11:26

2024/03/26 11:15

2024/03/20 15:30

2024/03/19 15:50