Bu şəhərlərdə yaşayanlara pul verilir – SİYAHI

Buralardan bezən, başqa, tamamilə fərqli yerlərdə yaşamaq istəyənlər bu məqaləni diqqətlə oxusun. Çünki bu yazımızda sizə həmin ərazidə yaşamanız üçün pul təklif edən şəhərlərdən (rayon və ya qəsəbə də ola bilər)  bəhs ediləcək.

Bir sıra ölkələrdə, xüsusən inkişaf etmiş ölkələrin bəzi ərazilərində əhalinin azlığı və ya lazımi sahələr üçün kadr çatışmazlığı hiss olunur. Buna çarə olaraq həmin şəhərlər müəyyən tələbləri ödəyən namizədlərə qeyd edilən ərazilərdə yaşaması üçün yüksək məbləğlərdə pullar təklif edir.

Detroyt, Miçiqan ştatı (ABŞ)

Detroit, Miçiqan ştatı ile ilgili görsel sonucu

Bu şəhər 20-ci əsrin sonlarına qədər ABŞ-ın əsas avtomobil istehsal edən şəhərlərindən biri olub. Son dövrlər isə Detroyt əvvəlki şöhrətini itirib.  Ancaq şəhəri təzədən əvvəlki gücünə qaytarmaq üçün çalışan ABŞ hökuməti “Challange Detroit” adlı proqram tərtib edib. Bu proqrama əsasən maşınqayırma və buna yaxın digər sahələrdə təcrübəsi olan, burada yaşamaq və işləmək istəyən şəxslərə 2500 dollar məbləğində pul təklif edir.

Ətraflı məlumat üçün linkə daxil olun

http://www.challengedetroit.org/

Alyaska (ABŞ)

Alyaska ile ilgili görsel sonucu

İlin böyük bir qismi qarla örtülü olan Amerikanın bu ştatında son illər əhali sayında azalma hiss olunur. Hökumət burada yaşamaq istəyənlər üçün yardım fondu təşkil edib. Burada yaşamaq istəyənlərdən tələb olunan əsas şərt ən az bir il qalmaqdır.

Ətraflı məlumat üçün linkə daxil olun

https://pfd.alaska.gov/

Saskaçevan (Kanada)

Saskatchewan ile ilgili görsel sonucu

Kanadanın bu bölgəsi təzə məzun olan və ya karyeralarına təzə başlayan şəxslərə burada yeddi il qalması və işləməsi  şərti ilə 15 min dollara yaxın pul təklif edir.

Ətraflı məlumat üçün linkə daxil olun

https://www.saskatchewan.ca/residents/moving-to-saskatchewan/immigrating-to-saskatchewan/saskatchewan-immigrant-nominee-program

Ponqa  (İspaniya)

Ponqa ile ilgili görsel sonucu

Ponqa İspaniyanın şimal-şərqində, qoruq ərazində yerləşən kənddir. Gənc insanları cəlb etmək və yerli iqtisadiyyatı dirçəltmək üçün hökumət bu kəndə köçən hər ailəyə 3 min avro təklif edir. Bundan əlavə ailədə doğulan hər bir körpə üçün də 3 min avronun ödənilməsi nəzərdə tutulub. Ekoloji cəhətdən təmiz və gözəl ərazidə yaşamaq istəyənlər üçün bu kənd olduqca sərfəlidir.

Ətraflı məlumat üçün linkə daxil olun

https://www.thinkspain.com/jobs-in-spain/3

Niaqara şəlaləsi, Nyu-York (ABŞ)

Niagara ile ilgili görsel sonucu

Qeyri-real səslənə biləcək daha bir təklif – dünyanın ən gözəl və həyəcanverici yerlərindən birində yaşamaq və pul qazanmaq… Hökumət iki il ərzində şəlalə yaxınlığında yerləşən yerli müəssisələrdə işləmələri üçün universitet məzunlarına 7 min dollar ödəyir.

Kertis, Nebraska (ABŞ)

İlgili resim

Bu balaca ABŞ şəhəri yerli infrastruktur və mədəniyyətin inkişafına töhfə verə biləcək şəxslərə pulsuz torpaq sahələri təklif olunur.

http://www.curtis-ne.com/freelots.php

 

Tamerlan Mehdi

Minval.İnfo

Dünya, Maraqlı

Nəşr edilib: 2018/03/03 15:36

Baxış: 2355


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06