Bu siqaretlər ucuzlaşdı
Bakıda bəzi siqaretlərin qiyməti ucuzlaşıb.
Minval.İnfo xəbər verir ki, “Vest Kompakt” və “Rothmans” siqaretləri bu gündən etibarən 30 qəpik ucuzlaşıb. Bundan əvvəl 1.80 manata satılan siqaretlər indi 1.50 manata müştərilərə təklif olunur.
Əldə etdiyimiz məlumata görə, digər markalı siqaretlər də yaxın günlərdə ucuzlaşacaq.
Qeyd edək ki, artıq Azərbaycanda ictimai yerlərdə və qapalı məkanlarda siqaret çəkmək qadağan olunub.
Minval.İnfo
XƏBƏR LENTİ
2025/11/19 14:22

