Bu şirkət İrəvanı məhkəməyə verdi – Böhran
“Rasia FZE” investisiya şirkəti Ermənistanı İnvestisiya Mübahisələrinin Həlli Beynəlxalq Məhkəməsinə verib.
Axar.az xəbər verir ki, bu barədə məlumatı “1in.am” saytı yayıb. Məlumata görə, Dubayda qeydiyyatdan keçən şirkətin Ermənistana qarşı qaldırdığı vəsatət 150 milyon dollar həcmindədir. Belə ki, şirkət İrəvanın müqavilə öhdəliklərini icra edə bilmədiyini və İran-Ermənistan dəmiryolunun tikintisi prosesində yaranmış problemləri həll etmək gücündə olmadığını bəyan edib.
“Rasia FZE” beynəlxalq məhkəməyə avqustun 3-də şikayət edib. Şirkətin hüquqlarını Britaniyanın “Şerman ənd Sterlinq” şirkətinin qoruyacağı bildirilib. Ermənistan tərəfi hələlik özü üçün heç bir vəkil təyin etməyib.
XƏBƏR LENTİ
2025/11/19 14:22

