Bu tarixlərdə dərs olmayacaq – RƏSMİ
28 May – Müstəqillik Günü ilə əlaqədar olaraq, beşgünlük iş rejimində çalışan məktəbəqədər və ümumi təhsil müəssisələrində mayın 27-si həftənin son iş (dərs) günüdür. Bayramdan sonrakı ilk iş (dərs) günü mayın 31-dir.
Təhsil Nazirliyindən verilən məlumata görə, altıgünlük iş rejimində fəaliyyət göstərən məktəbəqədər və ümumi təhsil müəssisələrində də mayın 27-si həftənin son iş (dərs) günüdür. Bayramdan sonrakı ilk iş (dərs) günü isə mayın 30-u müəyyən olunub.
XƏBƏR LENTİ
2025/11/19 14:22

