“Bu yaş qrupunda olan insanlar narahat olmasın” - Nüvə silahı ilə bağlı XƏBƏRDARLIQ

Son günlər dünyada nüvə silahı təhlükəsi ilə əlaqədar qorunmaq məqsədilə kütləvi formada apteklərdən yod aldıqları ilə bağlı məlumatlar yayımlanır.

Ukraynda Rusiyanın mümkün nüvə hücumuna qarşı  əhaliyə yod həblərinin verildiyi də bildirilməkdədir.

Maraqlıdır, yod nüvə silahına qarşı nə dərəcədə effektivdir?

Gundem.az xəbər verir ki, məsəllə ilə bağlı danışan tibb elmləri doktoru, professor Musa Qəniyev nüvə silahının insan sivilizasiyanı məhv edə biləcəyini deyib. O, şüalanmadan qorumaq üçün yoda gərək olmadığını diqqətə çatdırıb:

“İnsanı şüalanmadan müəyyən faiz nisbətində qoruyan maddə, yod deyil, radioprotektorlardır.  Bu qrupa əsasən, Meksamin, Sistamin, Qammafos tiazol, B-190 (İndralin) və s. kimi preparatlar aiddir. Hazırda istifadə sahələri, əsasən onkologiya (radioterapiya kursu zamanı) praktikasıdır. Onlar həmçinin, radioaktiv fəlakətlər zamanı, profilaktik işlər aparan şəxslərə padioaktiv mühitə düşməmişdən öncə də təyin edilir. Yəni nüvə fəlakəti baş verdikdən sonra, onların qəbulu əməli əhəmiyyət kəsb etmir. Odur ki, bu preparatları ümumiyyətlə axtarmaq lazım deyildir. “Online” satışları haqqında hazırda rast gəlinən elanlar isə, yalnız mövcud şəraitdən istifadə etməyə, yəni kommersiya maraqlarına xidmət edir.

Yod preparatları, xüsusən hazırda insanları daha çox maraqlandıran kalium yodid, Vitamir, eləcə də Yodobalans, Yodomarin kimi alman preparatları və s. radiasiyaya təsir etmir, yalnız qalxanabənzər vəzdə yodun radioaktiv-131 izotopunun toplanmasının qarşısını alır. Çünki yod qalxanabənzər vəzin follikullarının giriş qapısını blokada edərək, radioaktiv yod izomerinin vəzdə toplanması və vəz funksiyasının supressiv hala düşməsini önləyir
.

Bir düşünün, nüvə silahından istifadə zamanı radioaktiv yod, ayrılan öldürücü, silsilə izotoplardan yalnız biridir və yarımparçalanma dövrü cəmi 8 gündür. Radioaktiv yoddan daha aktiv olan stronsium, sezium-137 və çoxsaylı digər izotoplardır ki, onlardan təkcə sezium-137-nin yarımparçalanma dövrü düz 30 ildir
Digər tərəfdən, radioaktiv yod izomeri əsasən atom elektrik stansiyalarında partlayışlar olan zamanı atmosferə atılır. Müasir taktiki Nüvə silahları radioaktiv yod izotopu saxlamır. Belə olduqda, kiminsə təbliğatına uyub, yod və yod preparatlarını alıb, evinizə doldurmağın, stress, ruhu sarsıntı, depressiya və xəstəliyə düşməyin mənası nədir?”.

Professor nüvə silahının yarada biləcəyi ağır xəstəliklərlə bağlı insanlarda narahatlıq olduğunu deyib:

Xüsusən yaşa dolmuş insanlar, daha çox, nüvə silahından istifadənin gələcəkdə bədxassəli şiş (karsinoma) törətməsindən qorxur və bununla bağlı narahatdır. Bildirirəm ki, radioaktiv şüalanmanın tətikləyən dozada karsinoma törətmə riskinin latent dövrü, çox uzundur. Odur ki, belə bir ehtimal olsa belə, 40+ yaş qrupu üzərində olanlar üçün, bunun heç bir qorxusu yoxdur. Rahat, xoşbəxt yaşayın. Çalışın bu amansız dünyada az da olsa, insanlara əzab verən təbliğat və mənasız qayğılardan uzad olasız”.

Gündəm, Vacib

Nəşr edilib: 2022/10/12 13:00

Baxış: 99


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06