Bu yol bağlanır – Sürücülərin nəzərinə!
Bakının Səbail rayonu Badamdar şosesində (Badamdar-20-ci sahəni birləşdirən yol) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Bu barədə Minval.info-ya Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Məlumata görə, bu səbəbdən 53 və 205 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib: “Hazırda qeyd edilən marşrut xətləri üzrə avtobuslar 20-ci sahə adlanan əraziyə getmək üçün alternativ yollardan istifadə edirlər. Dəyişiklik Badamdar şosesində hərəkət bərpa edilənədək qüvvədə olacaq”.
XƏBƏR LENTİ
2025/11/19 14:22

