Burada insanlar ölülərlə birgə yaşayırlar – FOTOLAR, VİDEO
Filippinin paytaxtı Manilada əhalinin bir hissəsi məzarlıqda yaşayır.
Belə ki, şəhərdə sıx məskunlaşma və həddindən artıq çirklənmə səbəbindən 300-ə yaxın ailə məzarlıqda yaşamağı üstün tutub və oraya köçüblər.
Minval.İnfo xəbər verir ki, bu qəbiristanlıqda təxminən 30 minə yaxın qəbir yerləşir.
Burada yaşayanların böyük hissəsi qəbirlərin qayğısına qalaraq öz keçimlərini təmin edirlər.

Əhalinin digər hissəsi isə çox varlı bir həyat tərzi yaşayırlar. Varlı əhali nəyinki zəngin həyat tərzlərini davam etdirir, hətta öz ölüləri üçün xüsusi qəbirlər tikirlər.
Bu qəbirlərdə mətbəx, yataq yeri, hamam kimi yaşamaq üçün hər şey mövcuddur. Onlar ölüləri ilə birlikdə bir neçə gün keçirmək üçün belə bir şərait qurublar. Digər tərəfdə isə insanlar səfalət içində yaşamağa çalışırlar.

Bütün bunları özündə əks etdirən video və fotoları təqdim edirik:
Tamerlan Mehdi
Minval.info





