Buraya 2 milyon ildir yağış yağmır – Heç bir canlının yaşaya bilmədiyi yer – FOTOLAR
Yer kürəsinin Marsı adlandırılan qitə…
Dünyanın ən fərqli qitəsi olaraq bilinən Antarktida yer kürəsinin ən Cənubunda yerləşir. 7-ci qitə olaraq bilinsə də, böyüklüyünə görə 5-ci yerdə qərarlaşıb, çünki Avstraliyanın demək olar ki, iki qatı, Avropadan isə daha böyükdür.
Minval.İnfo-nun məlumatına görə, bura dünyanın ən soyuq və ən quru yeridir. Bəli, bəli ən quru yeri, buranın Makmördo (Mcmurdo) adlanan hissəsinə təxminən 2 milyon ildir yağış düşməyib. Alimlər burada milyonlarca il əvvəl ölmüş və mumiyalaşmış heyvan cəsədi belə tapıblar.

Qitə 1820-ci ildə rus ekspedisiyası tərəfindən kəşf edilib. Bu qitə insanların haqqında ən az məlumata sahib olduğu qitədir. Bu baxımdan bu qitə haqqında hətta gerçək olmayan fərziyyələr də irəli sürülür.
Məsələn, burada piramidaların olması, bu ərazilərdə nə vaxtsa yad planetlilərin yaşaması və daha nələr, nələr. Bəs belə bir sirli yerə səyahət etmək qadağandırmı? Əlbəttə ki, yox. Hətta bura getmək üçün viza almağımıza belə gərək yoxdur. Çünki Antarktida içərisində ölkə olmayan yeganə qitədir. Siyasi olaraq heç bir yerə bağlı deyil. Eynən Ay kimi, Mars kimi…
Bir neçə il əvvəl ölkələr getdikləri ərazilərdə “bura mənimdir” iddiası ilə çıxış edirdilər. 1959-cı ilə qədər bir çox Avropa ölkələri tədqiqat işi apardıqlarını irəli sürərək buranı da öz kaloniyasına çevirmək istəyirdilər.

Lakin 1959-cu ildə Yeni Zellandiya Antarktidanın dünya torpağı olması fikrini irəli sürdü və bir çox ölkələr buraya olan iddialarından əl çəkərək müqavilə imzaladılar və bu müqaviləyə əsasən bura hərbi fəaliyyət, sərvət əldə etmək üçün qazıntı işləri, nüvə sınağı kimi fəaliyyətlər qəti qadağandır. Sadəcə elmi araşdırmalara icazə verilir. Bundan başqa Antarktidanın istədiyimiz vaxt, istədiyimiz yerinə gedə bilərik, amma getmirik, çünki buraya səfər etmək bizdən kifayət qədər maddi vəsait lazımdır.

Antarktidanın ən özünəməxsus yeri olan Makmördo (Mcmordo) vadisi gəlincə isə bura o qədər soyuq və quru yerdir ki, ən kiçik canlıların belə yaşaması imkansız olan tək yeridir. Və alimlərin araşdırmalarına əsasən bu vadi yer kürəsinin Marsı adını alıb.
Fərqli yerlərə səyahət etməyi sevən insanlar üçün Antarktida ən ideal seçimdir. Üstəlik getməkdə qadağan deyil, xəyal etmək də, düşünmək də…
Məleykə Ağasoy
Minval.İnfo


