“Burunlarını kəsdirib, biri-birinə oxşayırlar” – Brilliantdan irad
“Efirə çıxan yeni müğənnilərin heç birini tanımıram. Onları səhv salıram, biri-birinə oxşayırlar. Hamısı uzun saç, burunları kəsilmiş”.
Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova “Həmin Zaur” verilişində deyib. Gənc həmkarlarına iradını bildirən sənətçi onlara məsləhət də verib:
“Qızlar, burunlarınızı kəsdirməyin. İllərdir rejissorlara deyirəm ki, burnum sınıqdır, məni bu rakursdan çəkin. Ona görə də elə bir rakurs tapın ki, kəsilməmiş burunla efirə çıxasınız”.
XƏBƏR LENTİ
2025/11/19 14:22

