Bütün yəhudiləri öldürüb, sadəcə bir ailəni sağ saxlayan, futbolu rüşvət verə bilmədiyi üçün sevməyən – Hitler (FOTOLAR)

Hitler haqda təəccüb yaradan faktlar

Şübhəsiz, Adolf Hitler dünya tarixinin ən çox qalmaqallı şəxsiyyətlərindəndir. İnancları, düşüncələri və iddiaları ilə İkinci Dünya Müharibəsinin başlanmasına, kütləvi qırğınlara və dağıntılara səbəb olmuş Hitler haqqında çox miflər, əfsanələr dolaşır.

Minval.info Hitler haqqında diqqət çəkən faktları təqdim edir:

Hitler Eva Brounla evləndikdən 1 gün sonra intihar edib

1-Hitler Eva Brown ile evlendi ve ertesi gün intihar etti.

Broun ilə evlənməyin imicinə zərər vuracağını düşünən Hitler uzun illər onunla evlənməkdən yayınırdı. Müharibədə almanların məğlub olduğunu görən Hitler evlənməyə razı olub. Toyun səhəri isə hər ikisinin cəsədi tapılıb. Hitler özünü silahla vurub, Eva isə siyanür həbi ataraq intihar edib.

Hitler qohumu ilə sevgi münasibəti yaşayıb.

2-Hitler, üvey yeğeni ile tartışmalara yol açan bir ilişki yaşamıştır.

Bacısının ögey qızı Geli Raubal universitetdə oxuduğu müddətdə Hitlerin Münhendəki evində qalırdı. Daha sonra Hitler qıza bağlanıb və onun üzərində hakimiyyət qurmağa çalışıb. Hətta qızın sürücüsü ilə yaxınlaşdığını görəndən sonra hər addım üçün ondan icazə almağa məcbur edib. Hitlerin əzabından təngə gəlmiş qız silahla özünü güllələyərək intihar edib.

Nobel mükafatının Hitler versiyası

4-Nobel ödülünün Hitler versiyonu

Nobel mükafatını qadağan etdikdən sonra Hitler Almaniyaya xas mükafat yaradıb. Mühəndis Ferdinand Porşe “Volkswagen Beetle” maşınına görə Alman Milli İncəsənət və Elm mükafatına layiq görünənlərdən biridir.

Hitlerin yəhudi əsərlər muzeyi

5-Hitler’in yahudi eserler kolleksiyonu

Hitler “nəsli tükənmiş irq” muzeyi yaradaraq sahib olduğu yəhudi əsərlərini burada nümayış etdirməyi düşünüb.

Pilləkənləri qalxmamaq üçün Eyfelə çıxmayıb

6-Eyfel Kulesinin asansör kabloları

1940-ci ildə almanlar Parisi ələ keçirəndə fransızlar Eyfel qülləsinin liftini yararsız hala gətiriblər. Hitler min pilləkəni qalxmamaq üçün Eyfel ziyarətini ləğv edib.

Amerika yerlilərinin soyqırımı

8-Amerikan yerlilerinin soykırımı

Hitler Amerikaya gələnlərin yerli əhalini qırmasını müsbət qiymətləndirirmiş.

Hitler və incəsənət

9-Hitler ve sanat

Hitler incəsənətə xüsusi maraq göstərib. Vyanaya köçdüyü ilk illərdə gənc Hitler rəssamlıq karyerası planlaşdırırdı. Ancaq Vyana İncəsənət Akademiyası Hitlerin çox da istedadlı olmadığını deyərək, onu qəbul etməyib.

Hitlerin ailəsi

10-Hitler’in aile ortamı

Hitlerin gömrük işçisi olan atası övladlarına qarşı əsəbi və qəddar davranıb. Hitlerdə müşahidə edilən qəddarlığın elə atasından gəldiyi düşünülür.

Hitlerin əsl soyadı

14-Hitler’in orjinal tam ismi

1877-ci ildə atası oğlu Adolfun soyadını dəyişdirib. Dəyişikliyə səbəb, soyadın tələffüzünün və yadda saxlanmasının çətin olması idi, çünki orijinal tam adı Adolf Schicklgruber olub.

Niyə futbolu sevməyib?

13-Neden futbolu sevmiyordu?

Əvvəllər futbola maraq göstərən Hitler daha sonra futbola nifrət etməyə başlayıb. Çünki nə qədər oyunları pulla almağa çalışsa da, almanların qeyri-millətdən olanlara qarşı qələbəsini təmin edə bilmirdi.

Hitlerin ətrafındakı yəhudilər

16-Hitler’in asil yahudisi

Hitlerin ən yaxın dostlarından biri və sürücüsünün yəhudi olduğu məlum olanda, partiya üzvləri onun uzaqlaşdırılmasını tələb edib. Lakin Hitler sürücüsü və hətta onun qohumlarını “fəxri dost” adlandıraraq onlara güzəşt edib. O, digər bir yəhudini də belə qoruyub. Hitler uşaq olarkən onu və ailəsini pulsuz müayinə edən yəhudi həkimə toxunulmazlıq və “zadəgan yəhudi” verib.

Hilterin cizgi film sevgisi

18-Hitler ve Disney

Hitler xüsusilə Disney tərəfindən çəkimiş cizgi filmləri çox sevib, hətta “Yatmış gözəl”i dünyanın ən yaxşı filmi olaraq qiymətləndirib.

Hitlerin bığının sirri

20-Hitler’in bıyık tarzı

Əslində Hitlerin gur burma bığları olub. İddialara görə, bu bığı burnunu balaca göstərsin deyə saxlayırmış. Ancaq bu bığın əleyhqazın tam sifətinə yerləşməsinə mane olduğunu düşünərək, onları qısaldıb. “Hitler bığı” kimi tanınan formanın əsl adı “dış fırçası” stilidir.

Hitlerin şəxsi fotoqrafı

25-Hugo Jaeger Hitler’in kişisel fotoğrafçısı idi.

Hitlerin şəxsi fotoqrafı Huqo Yeqr ona sadiq qalaraq şəkillərini gizlədərək məhkəməyə təqdim etməyib. Amma şəkilləri 1955-ci ildə böyük miqdarda pul qarşılığında “Life” jurnalına satıb

Dəniz Kərimzadə

Minval.İnfo

Maraqlı

Nəşr edilib: 2018/03/01 14:54

Baxış: 6082


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06