Cəhənnəmi görən qadınlar – FOTOLAR
Ölümdən sonrakı yaşam və ölüm anında yaşananlar insanoğlunun hər zaman maraqlandığı mövzuların başında gəlir. Bəzi insanlar var ki, müvəqqəti ölüm yaşayıblar və bu əsnada o biri dünyanı gördüklərini iddia ediblər.
Minval.İnfo bunlardan bəzilərini sizə təqdim edir:
– İlk qəhrəman ingiltərəli Adondur. Bu xanım cəhənnəmi gördüyünü iddia etməsi İngiltərədə insanlar arasında birmənalı qarşılanmamışdı. Belə ki, xanım dəhşətli maşın qəzasına düşərək ölümcül yaralanıb. Uzun müddət komada olarkən, cəhənnəmi gördüyünü söyləyib.

Onun danışdıqları insanlara yuxu kimi gəlsə də, o gördüklərinin çox real olduğuna əminliyini ifadə edib: “Bir dəliyin içərisinə düşdüm və bu dəlik mənim bədənimdən bir balaca böyük olardı. Oradan sürətlə aşağı düşürdüm. Düşərkən, kənardakı divarlardan tutunmağa çalışsam da, əlim dəyən hər yer parçalanırdı. Elə az nəfəs ala bilirdim ki, ürəyimin partlayacağını hiss edirdim. Hər dərindən nəfəs almağa çalışdığımda daha da sürətlə aşağı düşürdüm. O yer o qədər isti idi ki, hər tərəfdən ərinmiş, qaynar qır iyi gəlirdi”.

– İkinci cəhənnəmi gördüyünü iddia edən xanım polşalı Maria Tulburedir. Bu xanım yaşadığı yerdə ateizmin güclü olduğunu söyləsə də, özü dindar bir ailədə böyüyüb və özü də dini inancı güclü bir xanım olub. Başına gələn qəribə hadisələrdən danışan Maria evləndikdən sonra heç vaxt övladı ola bilməyəcəyini öyrəndikdən sonra hər gün tanrıya dua etdiyini və 5 ildən sonra bir qız uşaqlarının olduğunu söyləyib: “Mən tanrıya söz vermişdim ki, sənə qayıdacağam. Lakin yaşadığım yerdə dindar insanlara qarşı birmənalı fikir olmadığına və özümün də universitetdə işləyən bir müəllim olduğumu nəzərə alsaq, işmi itirməmək üçün sözümün üzərində dura bilmədim. Bu məsələlərdən uzun müddət sonra ailəmlə dəhşətli qəzaya düşdük. Gözlərimi açanda güclü bir istilik hiss etdim, hər yer yanırdı. Ətrafda gözümün görə biləcəyi qədər alov var idi. O alovun üzərində insanlar yuxarı doğru qalxır və su deyə qışqırırdılar. Onların qarşısında xortumlu biri dayanmışdı və o, xortumundan yanan insanlara tərəf su püskürüdü, lakin insanlar suya tərəf qaçdıqda həmin su alova çevrilirdi. Birdən-birə ətrafda uşaqlığımdan bu yaşıma qədər etdiyim hər şey izləməyə başladım. Lakin mən ölmədim, sağaldıqdan sonra Tanrıya verdiyimi sözümü tutdum.

– Sami Sevin adlı şəxsin həyat hekayəsi Türkiyə mediasının gündəmindən uzun müddət düşməyib. Belə ki, Sami Sevin eyvanda olarkən eyvan qırılıb və o, 7-ci mərtəbədən yerə çırpılıb. 2 ay komada olub və sonuncu gün yuxusunda öldüyünü görüb: “Gördüm ki, biz ağ geyimdə göz-gözü görməyən bir yerə gedirik. Qarşımdakı insanları ayrı-ayrı vaxtlarda adları ilə çağırırdılar. Sıra mənə gəldi və mən çox qəribə bir yerə daxil oldum. Bura o qədər işıqlı idi ki, elə bilirdim tam günəşin mərkəzindəyəm. Öz uşaqlığımı gördüm, etdiyim pis əməllərə kənardan baxdım. O qədər təəssüf hiss keçirdim ki, yaşadığım müddətdə səhvlərimi düzəldə bilmədim”. Amma Tanrıya şükür edirəm ki, indi yaşayıram və səhvlərimdən dərs çıxarıram.
Minval.info

