Çəkiclə xadiməni vuran Rüstəmbəyov hakim qarşısında – evə basqın, adam öldürməyə cəhd və …
Bakıda yaşayış evinə silahlı basqın etməkdə və adam öldürməyə cəhddə ittiham edilən şəxs hakim qarşısına çıxarılıb.
“Minval.info” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1948-ci il təvəllüdlü Bəkir Rüstəmbəyovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən hazırlıq iclasında məlum olub ki, Rüstəmbəyov ittiham aktının sürətini almayıb.
Bu səbəbdən məhkəmənin hazırlıq iclası martın 7-nə təxirə salınıb.
Rüstəmbəyov ittihamların əsassız olduğunu, işin ədalətli araşdırıldığını söyləyib.
İttihama görə Bakı şəhər sakini Bəkir Rüstəmbəyov tanışı Çingiz Qaçayın paytaxtın Yasamal rayonu, Ə. Ələkbərov küçəsi, ev 14, mənzil 15 ünvanındakı evinə gələrək onun əmlakını ələ keçirmək istəyib.
Məlumata görə, bu məqsədlə o özü ilə gətirdiyi çəkiclə Çingiz Qaçayın və evdə xadimə işləyən Mətanət Hüseynovanın təpə nahiyəsinə zərbələr endirib və xadiməni boğaraq hər iki şəxsin sağlamlığına təhlükə yaradıb.
Bəkir Rüstəmbəyova Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd etmə) və 181.2.5-ci (quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddələri ilə ittiham elan edilib.

