Cəlilabad rayonunun kəndlərində hava xətləri yenidən qurulacaq
Cəlilabad rayonunun kəndlərində 10 və 0,4 kilovoltluq hava xətləri yenidən qurulacaq.
“APA-Economics”in xəbərinə görə bunu jurnalistlərə açıqlamasında “Azərişıq” ASC-nin Cəlilabad elektrik şəbəkənin rəisi Marif Novruzov deyib. Onun sözlərinə görə, hazırda Maşlıq kəndində 4 ədəd transformator məntəqəsi yenidən qurulub kabelləşərək, sayğacların dəyişdirilməsi təmin olunub.
“Növbəti mərhələdə Muğam kəndində 4 ədəd transformator məntəqəsi yenidən qurulacaq. Ümumilikdə isə Cəlilabadın 118 yaşayış məntəqəsinin tam kabelləşməsi perspektiv inkişaf layihəsinə daxil edilib”,- deyə M. Novruzov qeyd edib.
XƏBƏR LENTİ
2025/11/19 14:22

