Cəlilabadda iki minik maşını toqquşub, 1 nəfər xəsarət alıb
Cəlilabad rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Minval.info saytı “Report”a istinadən xəbər verir ki, iki minik avtomobilinin toqquşması nəticəsində 2012-ci təvəllüdlü şəhər sakini Əhmədov Mədət Məzahir oğlu yaralanıb.
Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

