Cənub bölgəsində ardıcıl üçüncü zəlzələ

Azərbaycanın cənub bölgəsində ardıcıl üçüncü dəfə zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Minval.İnfo-ya verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 17:04:03-də Lerikdə – Lənkəran stansiyasından 12 kilometr cənub-qərbdə qeydə alınıb.
Maqnitudası 3,1, dərinliyi 12 kilometr olan zəlzələ hiss olunmayıb.
Qeyd edək ki, bundan əvvəl Lerik rayonunda 5,1 və 3,7 maqnitudada yeraltı təkanlar qeydə alınıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

