Cərimələr artırılacaq? Nazirlik hökumətə müraciət hazırlayır – Açıqlama
“Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) cərimələrin artırılması üçün hökumətə müraciət hazırlayır”.
Minval.İnfo “Report”-a istinadən xəbər verir ki, bunu ETSN-in Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin ictimai təşkilatlarla iş, ekoloji maarifləndirmə və elm sektorunun müdiri Umayra Tağıyeva deyib.
Onun sözlərinə görə, görülən işlərə baxmayaraq, hələ də ağacların tək-tək və ya kütləvi qırılması faktları ilə rastlaşılır: “Sahibkarlar əməllərindən çəkinmirlər. Cərimələrin yüksəldilməsinə ehtiyac var.
Sektor müdiri qeyd edib ki, yayın istilərindən qorunmaq üçün, havanın oksigenlə zənginləşdirilməsi, tozun, küləyinin qarşısını almaq üçün yaşıllıqlara böyük ehtiyac var.
XƏBƏR LENTİ
2025/11/19 14:22

