Can Yamanın gizli saxladığı sevgilisi azərbaycanlı müğənnidir? – Fotolar
Türkiyədə fəaliyyət göstərən azərbaycanlı müğənni Sevinc Ağaşirinova şəxsi həyatı ilə gündəmə gəlib.
Minval.info xəbər verir ki, ifaçı sosial şəbəkədə Türkiyənin məşhur aktyoru Can Yaman ilə fotolarını paylaşıb və “Son 3 gün” şərhini yazıb. İzləyiciləri cütlüyün sevgili olması barədə ifaçıya suallar ünvanlasa da, Sevinc cavab verməyib.
Qeyd edək ki, Can Yaman “Erkenci kuş” serialı ilə populyarlaşıb. Tez-tez fərqli qadınlarla görüntülənən aktyor sevgilisinin kimliyini gizli saxlayır.
XƏBƏR LENTİ
2025/11/19 14:22




