Canlı efirdə oğluna ad günü keçirdi – Fotolar
Müğənni İzzət Bağırov oğlunun ad gününü canlı efirdə qeyd edib. “Qafqazinfo” xəbər verir ki, o, dünən “5-də 5” proqramında böyük oğlu Əlinin 10 yaşının tamam olduğunu bildirib.
İfaçı övladının incəsənətə marağının olduğunu söyləyib: “Oğlumun sevdiyi müğənnilər Cin, Ramin Nabran və Əhməd Mustafayevdir. Bu tərzdə ifaları sevir. İstəmirəm ki, oğlanlarım müğənni olsun”.
İzzət daha sonra oğlu Mehdidən söhbət açıb: “Mehdi artıq sənətini seçib, cüdo ilə məşğuldur. Artıq gələn ay İrana yarışa gedəcək. 7 yaşı var”.
Qeyd edək ki, Bağırov iki dəfə ailə həyatı qurub. Onun ikinci nikahından 3 övladı dünyaya gəlib.



XƏBƏR LENTİ
2025/11/19 14:22

