Canlı yayıma zəng etdi, Fatimə ilə arasında dava düşdü – VİDEO

Tarix Əliyevin təqdimatında yayımlanan “Hər şey daxil” verilişinin bugünkü buraxılışında qalmaqal yaşanıb.

Minval.info xəbər verir ki, qonaq qismində verilişdə iştirak edən Rəqqasə Fatimə müğənni Xatunla aralarındakı pis münasibətin digər sənət insanları ilə əlaqələrinə də təsir etdiyini deyib. O bildirib ki, bir müddət öncə məclislərin birində müğənni Vasif Məhərrəmli onu təqdim etməyib.

Efirə telefonla bağlanan Vasif Məhərrəmli isə Fatimənin ünvanına kəskin sözlər deyib: “Fatimə çox qətiyyətsiz insandır. 2 il bundan əvvəl Mustafa Cecelinin gəldiyi toyun xınayaxdı mərasimi üçün Fatimə ilə danışmışdım. Fatimə əvvəlcə mənə bir söz dedi, sonra başqa qiymət dedi. Bu mövzunu da bağladıq, Prezident seçkiləri öncəsi Şirvanda tədbirdəydik. Fatimə orada mənə salam vermədi. Allah Xatunun da, Fatimənin də canını sağ eləsin, məni belə qadın söhbətlərinə məni qatmayın”.

Vasif Məhərrəmli Fatiməni təqdim etməməsinin səbəbi kimi də elə Şirvanda qarşılaşdığı münasibəti göstərib: “Üstündən bir müddət keçdi. Toydayıq, Fatimə də hamı kimi aş gətirib verir, xüsusi nəsə göstərmir ki. O da hamı kimi şadlıq evinin aş verənidir”.

Bu zaman rəqqasə özündən çıxıb və Vasif Məhərrəmlini qeybət etməkdə günahlandırıb: “Birincisi, Fatimə oranın aş verəni deyil, danışığına fikir verin. İkincisi də, siz yadınıza salın ki, Xatunla dalaşandan sonra siz hansısa obyektdə oturmusunuz və məni müzakirə etmisiniz. Siz qeybəti sevirsiniz, sizin xasiyyətinizdir”.

Damla

Minval.info

Maqazin

Nəşr edilib: 2018/07/13 14:47

Baxış: 612


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06