Castin Biber ikinci dəfə evlənir
Məşhur müğənni Castin Biber model sevgilisi Heyli Baldvinlə evlənir.
Castin Biber və sevgilisi keçən ilin sentyabrın 12-də Nyu-Yorkda nikaha girib. Cütlük evliliklərinin birinci ildönümü münasibətilə təmtəraqlı toy edəcək.
Sentyabrın 30-da Cənubi Karolinada toy edəcək cütlük qonaqlara dəvətnamələr paylayıb.
Gülməli tərzdə hazırlanan dəvətnamədə qeyd olunur:
“Bu xüsusi gündə sizinlə birlikdə olmaqdan şərəf duyuruq”.
Qeyd edək ki, Castin Biberin hazırda 250 milyon dollarlıq sərvəti var.(oxu.az)

XƏBƏR LENTİ
2025/11/19 14:22

