Cavad Zərif: “ABŞ danışıqlar istəyirsə, İrana qarşı iqtisadi terrorizmə son qoysun”
“Əgər ABŞ danışıqlar istəyirsə, İrana qarşı iqtisadi terrorizmə son qoysun”.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif jurnalistlərə açıqlamaısnda deyib.
Onun sözlərinə görə, Birləşmiş Ştatlar İran xalqı əleyhinə iqtisadi müharibə aparır: “ABŞ İrana qarşı iqtisadi müharibəni və terroru dayandırana qədər bu ölkə ilə əməkdaşlıq edə bilmərik”.
C.Zərif deyib ki, İran ABŞ rəsmilərinin yalnız görüş xətrinə hansısa iclası keçirməsini istəmir: “Bİz istəyirik ki, görüşək və danışıq aparaq. Amma bir şərtlə ki, bu görüşlərin və danışıqların nəticəsi olsun”.
XƏBƏR LENTİ
2025/11/19 14:22

