Çavuşoğlu: “İlham Əliyevin 3+3 formatdakı əməkdaşlıq təklifini digər liderlər də dəstəkləyib”
“Azərbaycan Prezidenti İlham Əliyevin təklifini digər liderlərin dəstəkləməsi ilə Cənubi Qafqazda 3+3 formatında bir əməkdaşlıq planlaşdırırıq”.
“Report” xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“Cənubi Qafqazdakı sülh və sabitlik hər kəsin xeyrinədir. Bu bölgədəki normallaşma bütün regionun xeyrinə olacaq, xüsusilə Ermənistan və Ermənistan xalqına faydalı olacaq. Yəni Ermənistanın da bu mənada konstruktiv addımlar atacağını gözləyirik”, – nazir bildirib.
XƏBƏR LENTİ
2025/11/19 14:22


