Çayın kənarında gizlədilmiş pirotexniki vasitələr ələ keçirildi – Foto
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsi və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri davam etdirilir.
Minval.info xəbər verir ki, ötən gün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin Qax rayonunun Lələli kəndi yaxınlıqdakı sərhəd zastavasının xidməti ərazisində Alazan çayının kənarında gizlədilmiş 2 ədəd bağlamada müxtəlif çeşidli 110 ədəd pirotexniki vasitə aşkar olunaraq götürülmüşdür.
Qeyd olunan faktlarla əlaqədar əməliyyat-istintaq tədbirləri həyata keçirilir.
XƏBƏR LENTİ
2025/11/19 14:22


