Cazibədar aparıcı efirə qayıdır: “İnsanları həyəcanlandıracağıq”
Aparıcı Arzu Həmzəyeva efirə qayıdır.
O bu haqda minval.info saytına açıqlamasında deyib: “”Bir Arzu var” adlı proqram hazırlayırıq. Efirə tək yox, aktyor Rəşad Kəsəmənli ilə çıxacağam. Çox maraqlı veriliş olacaq. Hazırlıqları demək olar ki, tamamlamışıq. “Bir Arzu var- cəzb edir, düşündürür, həyacanlandırır…” şüarımızdır.
Rəşad ilə bərabər fərqli, Azərbaycanın mədəni həyatından, tarixindən bəhs edəcək proqramla qarşınıza çıxacağıq. Rejissor Anar Hüseynov, stilist Elnur Həsənov, dizayner İbo, Pr menecerimiz Türkan Məmmədlidir. Çox maraqlı olacaq. Hansı telekanalda olacağını isə sirr saxlayıram. Qoyun, tamaşaçılara sürpriz olsun”.
XƏBƏR LENTİ
2025/11/19 14:22





