Ceki Çan azərbaycanlı istedada hədiyyə bağışladı – FOTOLAR

Ceki Çan azərbaycanlıya istedada hədiyyə verib. 

Amerikanın “Americas Got Talent”  istedadlar şousunun iştirakıçısı azərbaycanlı sirk artisti Üzeyir Novruzov Çində dünyaca məşhur  kino ulduzu Ceki Çan ilə görüşüb.

Minval.info xəbər verir ki, görüş barədə təəssüratlarını bölüşən  Ü. Novruzov  pərəstiş etdiyi aktyor ilə görüşdüyünə inana bilmədiyini qeyd edib:

”Bu mənim üçün çox xoş sürpriz oldu. İkiqat sevincimə səbəb isə əfsanəvi şəxsin  özündən hədiyyə almağım idi” – deyə azərbaycanlı sirk artisti bildirib.

Məşhur aktyor  Ceki Çan Üzeyir Novruzova öz loqotipi olan nakleyka hədiyyə edib. Novruzov  hədiyyəni telefonun üzərinə yapışdıraraq aktyora təşəkkürünü bildirib.

Qeyd edək ki, Ceki Çan Çin, Amerika və Honkonq aktyoru, kaskadyor, kinorejissor, prodüser, ssenarist və YUNESKO-nun xoşməramlı səfiridir. Üzeyir Novruzov Gəncədə doğulub Rusiyada böyüyüb daha sonra isə ABŞ-a köçüb.

O, sirkdə əfsanəvi Çarli Çaplinin obrazında çıxış etdiyinə görə, onu tez-tez aktyorla müqayisə edirlər. Çində çıxış edərkən rekord qıran həmyerlimiz 6 metrlik pilləkənə qalxaraq orada 8 dəqiqə dayana bilib.

Bu çıxışına görə, onun adı Ginnesin rekordlar kitabına düşüb. Hazırda sirk artisti ailəsi ilə birgə Amerikada yaşayır və müxtəlif sirk tamaşalarında çıxış edir.

Zeynəb

Minval.İnfo

 

Dünya, Maraqlı

Nəşr edilib: 2018/02/21 16:22

Baxış: 1378


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06