Ceki Çanın qızı küçədə yaşayır, yardım dilənir – FOTO
Aksiyon filmlərinin məşhur aktyoru Ceki Çanın 18 yaşlı qızı Etta Çok Lam acınacaqlı vəziyyətdə yaşayır.
Forbes jurnalının hesablamalarına görə, keçən il 49 milyon dollar qazanan aktyor Ceki Çan 1998-ci ildə köhnə Asiya gözəli Elayn Yi Li ilə yaşadığı münasibətdən dünyaya gələn qızı Etta dünən youtube hesabında paylaşdığı videosunda sevgilisi ilə birgə körpü altında yaşadığını qeyd edib.
Minval.info xəbər verir ki, 18 yaşlı gənc qız, ailəsinin lezbiyan olduğu üçün ondan imtina etdiklərini və atasının homofobik olduğunu söyləyib.
Etta Çok və 30 yaşındakı xanım sevgilisi ilə paylaşdığı videoda insanlardan yardım və sığınacaq tələbini ediblər:
“Homofobik valideynlərimə görə 1 aydır evsiz qalmışıq. Körpü altında yatırıq. Yardım istədiyimiz valideynlərimiz və dostlarımız ayrılacağımız təqdirdə bizə yardım edəcəklərini dedilər”.
Bu videodan sonra Ettanın anası Yi Li “əgər pulları bitibsə, iş tapıb işləməlidir. Pul qazanmaq üçün atasının adını hallandırmağı və onun məşhurluğunun arxasına sığınmağı çox yanlış bir hərəkətdir “ – deyib.
Ceki Çan oğlu ilə də yaxşı münasibətdə deyil. Belə ki, onun oğlu Ceysi Çan narkotik alüdəçisidir. C.Çan buna görə atasının mirasından məhrum olub.
Minval.info




