“Çelsi”nin 9 nömrə lənəti – FOTOLAR
“Çelsi” klubunda uzun illərdir davam edən 9 nömrə lənəti Alvaro Moratanın forma nömrəsini 29-a dəyişməsilə sona çatıb.
Minval.İnfo xəbər verir ki, bu lənət ilk dəfə Cimmi Floyd Haselbankın 9 nömrəli formanı özünə götürməsilə başlayıb. Haselbank “Çelsi”də gözlənilən partlayışı edə bilmədi və komandanı tərk etdi. Bundan sonra komandaya müxtəlif klublardan ulduz hücumçular transfer olundu, ancaq heç biri uğurlu ola bilmədi.
“PSJ” dən gələn Mateo Kezman 41 oyuna 7 dəfə fərqləndi.
Hernan Krespo buraya gəldikdən və 9 nömrəni özünə götürdükdən sonra şəxsi həyatında problemlər yaşadı və klubu tərk etdi.
Xalid BoulHaruz da həmçinin burada çox qalmadı.

Franko Disanto 9 ömrənin qurbanı oldu. O, 16 oyunda bircə dəfə olsun fərqlənə bilmədi.

Fernando Torres böyük ümidlərlə kluba transfer olundu ancaq gözlənilən performansı göstərə bilmədi.

Radamel Falkao burada kariyerasının bəlkə də ən uğursuz mövsümünü keçirdi.

Alvaro Morata keçən ilin ən sensasion transferlərində biri oldu. Lakin o, ilk gündən bu yana zəif oyununa görə tənqid olunur. Morata uğursuzluğunu 9 nömrə lənəti ilə əlaqələndirib və bu səbəbdən yeni nömrə, 29 nömrəsini öz forma nömrəsi kimi götürüb.

Tamerlan


