Cem Bakıdan qayıdıb, sevgilisi ilə barışdı
Ötən həftə Bakıda qonaq olan türkiyəli şoumen Cem Yılmaz İstanbulda kameralara tuş gəlib.
Minval.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, həmin an yaxınlıqdakı kafedə şoumenin bir müddət əvvəl ayrıldığı sevgilisi Defne Samyeli də olub. Bir dostu ilə restoranda oturan Samyeli jurnalistləri görəndə narahat olub. Daha sonra isə maşına oturaraq oradan uzaqlaşıb.
Cem isə ona yaxınlaşan fotoqraflara əsəbləşib və onu narahat etməmələrini deyib.
İki məşhurun eyni səmtdə yer alması və gərgin olması dedi-qodulara səbəb olub. Mediada onların gizli görüşdüyü, barışdığı iddia edilib.
Qeyd edək ki, cütlüyün ayrılmasına səbəb aktrisa Serenay Sarıkaya göstərilirdi.
XƏBƏR LENTİ
2025/11/19 14:22

